«Burla Xatun» Mobil Əlavəsi
Hamilə qalmaq qadınların həyatında duyğu dolu bir zamandır! Dölün inkişafına dair xüsusi izləyicimiz, körpə gözləyən analara bədənlərində yaşanan dəyişiklikləri anlamağa kömək edir və ilk həftədən başlayaraq doğuşadək dölün ehtiyaclarını bilməyə və onları nəzərə almağa imkan verir, habelə doğuşdan sonra yenidoğulanların və körpələrin qayğısına dair ən mühüm məqamları sadə dildə açıqlayır.
Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü, bədəninin necə dəyişdiyini və sağlamlıq durumunu bilmək və izləmək istəyir. “Burla Hatun” mobil tətbiqi hamiləliyiniz, körpənizin inkişafı, bədəninizdəki dəyişikliklər və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatlara tez və asanlıqla çıxış əldə etmək imkanı verir.
Həftə ərzində yenilənən bloqda gələcək analar üçün yenidoğulanlara qayğı, hamiləlik və zahılıq zamanı qidalanma və fiziki aktivlik ilə bağlı məlumatlarla tanış ola bilərsiniz.